Sürücülər yük avtomobillərinə qoyulan qadağalara etiraz edir - VİDEO

Abşeron rayonunda sürücülər idarə etdikləri yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər. Onlar Baş Dövlət Yol Polisi İdarəsinin qarşısına toplaşaraq sənəddə (texniki pasportda) 59 ton çəki göstərildiyi halda, bunun 32 tona endirilməsini düzgün hesab etmirlər.
Sürücülərin iddia edirlər ki, yük avtomobillərində hər oxa görə 8 tona icazə verilib. Bu da bir yük avtomobilində 4 ox olmaqla hesablanır. Belə olan halda apardıqları yük azalır və qazanc əldə edə bilmirlər. Onlar avtomobillərdə yükə görə təyin olunan çəkinin ən azı iki ton qaldırılmasını isitəyirlər.
Şikayətçilər bildirirlər ki, bəzi sürücülər məcburiyyətdən artıq yük vururlar və bu da onlara baha başa gəlir. Yol polisləri onlara birinci dəfə 600 manat, bu hal ikinci dəfə təkrarlanarsa 1200 manat cərimə yazır.
Baş Dövət Yol Polis İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, ötən gün bir qrup şəxsin sözügedən məsələ ilə bağlı müraciəti nəzərə alınaraq onlar tərəfindən seçilmiş nümayəndə rəhbərlik tərəfindən qəbul olunaraq dinlənilib. Qəbul zamanı qaldırılan məsələ ilə əlaqədar qanunvericilikdə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarında, DYP-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalar barədə onlara ətraflı məlumat verilib.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











