Texniki baxışda sığorta tələbi məsələsi: yeni dəyişikliklərin - İZAHI - VİDEO
Oxucularımız Avtosfer.az-a onları maraqlandıran sualları ünvanlayır və biz də zaman-zaman buna cavab verməyə çalışırıq. Bu dəfə mövzumuz sığortadır. Oxucular qanuna dəyişikliklər olduqdan sonra hansı yeniliklərin onları gözlədiyini bilmək istəyib.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bir sıra məsələlərə aydınlıq gətirib. Bildirib ki, "Yol Hərəkəti haqqında" Qanunun 30-cu maddəsinə əlavələr nəzərdə tutulur ki, burada texniki baxışla bağlı yenilikdən söhbət gedir. "Sürücülər üçün aydın olsun deyə bildirim ki, burada heç bir narahatlığa ehtiyac yoxdur. Yalnız sərnişindaşıma fəaliyyəti göstərən şəxslər avtomobillərini texniki baxışdan keçirən zaman sərnişinlərin fərdi qəza sığortasını təmin etməlidirlər. Yəni, avtomobillə bağlı sığorta şəhadətnaməsilə yanaşı eyni zamanda daşıyacaqları sərnişinlərin də fərdi qəza sığortasıyla bağlı sığorta arayışını təmin olunmalıdır.
Təbii ki, bunlar onlayn qaydada baş verən hadisələrdir. Yol polisi texniki baxış zamanı bunu sistemdə görə biləcək. Bir sözlə bu digər sürücülərə aid deyil. Qanunda göstərilir ki, məhz sərnişindaşıma fəaliyyəti göstərənlərə bu qayda tətbiq olunacaq."
Ekspert bildirib ki, burada da fərq var. Belə ki, şəhərdaxili və qəsəbədaxili sərnişindaşıma fəaliyyəti göstərənlər nəzərdə tutulmur. "Yalnız rayonlararası, şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən taksilər, mikroavtobuslar, avtobuslar yeni qayda ilə hərəkət edəcək."
Ekspert qeyd edib ki, bu yeniliklərlə digər tərəfdən sığorta məsələlərində möhkəmləndirmə işləri aparılır. "Qanuna edilən bu dəyişiklərdə onu bir daha göstərir ki, daha çox qəza törədən sürücüləri aydınlaşdırmaq üçün gələcəkdə sürücülük vəsiqələri avtomobillərin texniki şəhadətnamələri, etibarnamələr DYP-nin Mərkəzi İnformasiya Sistemi ilə yanaşı həm də İcbari Sığortalar Bürosunun sisteminə inteqrasiya olunacaq. Bu o deməkdir ki, artıq bizim məlumatları İcbarı Sığortalar Bürosunun əməkdaşları da görə biləcək."
Elməddin Muradlı sığorta sahəsində olan boşluqları aradan qaldırmaq üçün bu yenilikləri vacib hesab edib. "Gələcəkdə sığortayla bağlı ödənişləri daha rahat şəkildə almaq üçün hadisə baş verəndə tərəflərin baş verdiyi izahatlarda arayışlarda elektron qayda da sistemə yerləşdiriləcək. Yəni, bir çox xidmətlər elektronlaşdırılır."
Yunis
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











