Sürücülərdən mədəni olmalarını istəyirəm - Tanınmış müğənni, 4 uşaq anası, 20 ilin sürücüsü Elnarə Xəlilova - VİDEO

Avtosfer.az saytı və Bakı Şəhər Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür» layihəsinin növbəti qonağı müğənni Elnarə Xəlilova oldu.
Səsi, xoş söhbəti, gülüşü ilə hər insanların sevimlisi olan Elnarə Xəlilova 20 ildir avtomobil idarə edir və özünü yetərincə təcrübəli sürücü hesab edir.
Harasa tələssə belə avtomobili təmkinlə idarə etməyə üstünlük verən müğənni həm kişi sürücülərin kəmhövsələliyindən şikayətləndi, həm də xanım sürücülərin astagəlliyindən:
«Kişilər avtomobili çox kəmhövsələ sürür, hazırdılar ki, əllərini çıxarıb ya söysünlər, ya da dalaşsınlar».
Elnarə xanım adi bir sürücü deyil, o, özünü dörd övladının bir növ şəxsi sürücüsü hesab edir. Gələcəkdə övladlarının da nümunəvi sürücü olması üçün müğənni maşında da onlara örnək olmağa çalışır.
Paytaxtımızın bir çox yollarında hələ də həllini tapmayan, bəzi səbəblərdən görünməz olan yol nişanları sürücələrə problem yaratmağa davam edir. Elnarə xanım da belə nişanlara görə qayda pozmalı olub:
«Polis saxladı, dedi burdan getmək olmaz, dedim, hanı nişan? Bir də baxdım, ağacların arxasında gizlənibmiş».
Tanınmış bir sima olaraq yolda hər hansı bir qayda pozuntusu etməyin məsuliyyəti bir başqadır. Müğənni deyir ki, qayda pozanda utandığından nə edəcəyini bilmir. Onu utandıran bir başqa məqam isə bir zamanlar yol polisi ilə arasında yaşanan problemi xatırlamaq olub.
Xatırladaq ki, bir neçə il öncə Elnarə xanım nömrəsinin yerində adını yazıb dövlət qeydiyyat nişanını gizlətdiyi üçün yol polisi tərəfindən saxlanılmışdı.
«Mən yol polisimizdən çox razıyam. Arada yolda pəncərəni açıb onlara yorulmayasız deyirəm» .
Tanınmışlığına görə Xəlilovaya yol polisi hər nə qədər hörmət etsə də, o, bu gün polisimizin vətəndaşlara yorulmadan xidmət etməsindən çox razıdır.
Yol boyunca Elanarə xanım bunlarla yanaşı bir çox məqamlara da toxundu.
Buyurun, izləyin:
Aysel
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO















