Sürücülərin bu dairənin yükünü azaltmaqla bağlı etdiyi təklifə AYNA-dan cavab - VİDEO

Günün pik saatlarında Xırdalandan üzü şəhər istiqamətinə gedən nəqliyyat vasitələrinin çoxluğu səbəbindən Masazır dairəsində ciddi tıxac və xaos müşahidə olunur. Bir neçə sürücü bu problemin həllinə dair təkliflərini redaksiyamızın qaynar xəttinə göndəriblər.
Avtosfer.az xəbər verir ki, Ər-Riyad ticarət mərkəzinin yanından başlayaraq nəqliyyat vasitələrini istiqamətləndirmək üçün dəmir məhəccərlər tətbiq edilib. Həmin məhəccərin sağ tərəfi ilə hərəkət edən sürücülər yalnız Xırdalana və Masazır dairəsi istiqamətinə hərəkət edə bilirlər. Bundan əlavə, Xırdalan şəhərindən (Mehdi Hüseynzadə küçəsindən) çıxan nəqliyyat vasitələri şəhər istiqamətinə yalnız Masazır dairəsindən keçməklə hərəkət edə bilirlər.
Sürücülər Masazır dairəsinin yükünü azaltmaq məqsədilə Mehdi Hüseynzadə küçəsindən çıxarkən sol hərəkət hissəsinə keçid imkanının yaradılmasını istəyirlər. Bunun üçün dəmir məhəccərlərin kəsilməsini və yol nişanları ilə təhlükəsiz şəkildə sol hərəkət hissəsinə keçməklə maneəsiz hərəkətin təşkil edilməsini təklif edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladıq. O, edilən təklifin həyata keçirilməsinin mümkünsüz olduğunu bildirib. "Bakı-Sumqayıt şosesinin sözügedən ərazisindəki əsas yolda sürət həddi saatda 90 km müəyyən edilib. Xırdalan şəhərindən şosenin kənar yoluna – Mehdi Hüseynzadə küçəsinə çıxdıqdan sonra videoda göstərilən yerə qədər olan məsafə qısa olduğundan, nəqliyyat vasitələrinin sürətlənməsi üçün zolağın uzunluğu kifayət etmir. Buna görə də, dəmir maneələrin çıxarılaraq əsas yola çıxışın təmin edilməsi həmin yolda sürətlə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma riskini artırır. Bu təhlükə nəzərə alınaraq qeyd edilən hissədə kənar yoldan əsas yola çıxışın yaradılması məqsəduyğun hesab edilmir" - deyə Tural Orucov bildirib.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












