Sürücülərin DİQQƏTİNƏ! Onların yoluna çıxanları cərimə gözləyir - VİDEO

Evdə, yolda, işdə və digər yerlərdə... Səhhətimizdə problem yaranan kimi dərhal onları çağırırıq - təcili tibbi yardımın əməkdaşlarını... Ancaq bəzi hallarda təcili tibbi yardım avtomobillərinin çağırış ünvanına vaxtında çatmaması səbəbindən xəstə dünyasını dəyişir. Bu zaman yardım briqadası ilə xəstənin yaxınları arasında mübahisələr düşür. Bəs bu operativ nəqliyyat vasitələrinin çağırış ünvanına vaxtında çatmasına maneə olan səbəblər nələrdir? Əməkdaşımız Ömər Xıdırov elə çağırış vaxtı həkim və tibb bacısı ilə birlikdə təcili tibbi yardım avtomobilində ünvana gediblər.
Təcili tibbi yardım stansiyasına çağırış daxil olur. Həkim və tibb bacısı avtomobilə əyləşərək dərhal çağırış ünvanına yollanırlar.
Bəzi hallarda buna yollarda tıxacın olması və təcili tibbi yardım avtomobillərinə digər nəqliyyat vasitələrinin yol verməməsi səbəb olur. ''Xəzər Xəbər'' əməkdaşları vəziyyəti yerində görüb göstərmək üçün təcili tibbi yardım avtomobilinə əyləşib çağırış ünvanına yollanıb. Ancaq sürücü yola daxil olan kimi çıxılmaz vəziyyətlə qarşılaşıb.
Təcili tibbi yardım avtomobilinin sürücüsü sayrışan işığı yandırmasına və səs siqnalını qoşmasına baxmayaraq, digər sürücülərin bəziləri ona yol vermirlər.
Bəzi hallarda isə sürücülər yol vermək üçün təcili tibbi yardım maşınının tam yaxınlaşmasını gözləyirlər ki, bu da gec olur.
18 ildir təcili tibbi yardım avtomobilinin sürücüsü işləyən Samir Hüseynov deyir ki, çağırış ünvanına gecikmələrində həm tıxac, həm də yollarda bəzi sürücülərin yol verməmələri rol oynayır.
Təcili tibbi yardım maşınlarının sürücüləri yollarda təhlükəli vəziyyətlə də üzləşirlər. Çünki tıxac səbəbindən bəzən qarşı hərəkət zolağına çıxmağa məcbur olurlar. Hətta bir neçə dəfə məhz bu səbəbdən yol nəqliyyat hadisəsi də baş verib.
Baş Dövlət Yol Polisi İdarəsi yollarda operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülərə xəbərdarlıq edir. Qaydalara əməl etməyənlər cərimə olunacaqlar.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











