Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO

Fevralın 10-da “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatının media nümayəndələri üçün təqdimatı keçirilib. Tədbirdə ötən il həyata keçirilmiş layihələr, yeni istifadəyə verilmiş elektron xidmətlər, eləcə də İSB-nin yenilənmiş internet səhifəsi ilə bağlı təqdimatlar baş tutub. Tədbir zamanı jurnalistlər əhalini narahat edən bir sıra suallara toxunub. Bunlardan biri də sürücülərin avtobillərinin sığorta müddətinin haçan bitəcəyi ilə bağlı məlumatlarla əlaqədardır.
Tədbir zamanı Avtosfer.az-ın əməkdaşının sualını cavablayan İSB-nin İcraçı direktoru Vüsal Məsiyev bildirib ki, yenilənən “isb.az” saytı artıq sürücülərə onlara lazım olan bütün məlumatları vermiş olacaq:
“Bildiyiniz kimi, xidmətlərimiz “isb.az” saytı və “9707” nömrəsinə SMS göndərməklə ümumi xarakterli sorğulara cavab verir. Sığorta sirrini biz orada paylaşa bilmərik. Çünki biz bilmirik ki, kim kimin nəqliyyat vasitəsi barədə məlumat toplayır. Ona görə də biz lokanik formada sığorta müqaviləsinin qüvvədə olub-olmaması, nəqliyyat vasitəsinin markası və hansı şirkət tərəfindən sığortalanmasını göstərə bilirik. Amma biz orada bitmə tarixi ilə bağlı məlumatı verə bilmirik. Çünki burada bir sıra hallar yarana, başqalarının məlumatları oğurlana bilər. Lakin büronun rəsmi saytında sürücülər “Şəxsi kabinet”ə daxil olaraq istədikləri bütün məlumatları tapa bilərlər”.
Səfər
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO
Xaotik park edilən maşınlara görə yanğınsöndürənlər hadisə yerinə çata bilmədi - VİDEO
Sovet maşınlarının yollarda hərəkəti qadağan edildi - RƏSMİ
Təcili yardım maşını qəzaya düşdü, xəstə və 3 nəfər xəstəxanalıq oldu - VİDEO











