Sürücülərin sürətlə getdiyi yola radarlar quraşdırıldı - DİQQƏTLİ OLUN - VİDEO
Avtosfer TV
14 İyun 2023 19:25
Oxunub 3094
Sürücülərin ən çox qayda pozduğu yollardan birinə radar quraşdırılıb. Bu barədə sosial şəbəkədə video yayılıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Balaxanı yolundan gedir. Həmin yolda sürət həddi 60 km müəyyən olunmasına baxmayaraq, sürücülər kütləvi şəkildə hərəkət sürətini aşırdılar. Hərəkət iştirakçılarının təhlüksizliyini təmin etmək məqsədilə həmin yola radar qurşadırılıb. Sürücülərə tövsiyə edirik ki, radarın mövcudluğundan asılı olmayaraq hərəkət sürətinə ciddi şəkildə əməl etmək lazımdır. Əks halda ağır qəzaların baş verməsinə şərait yaranır.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR