Sürücülərin yaratdığı süni tıxac; yol hərəkəti qaydalarını pozanda belə olur – EKSPERT RƏYİ – VİDEO

Bir neçə gün əvvəl Yasaml rayonunda nəqliyyatın hərəkətində yaranan problem əhali arasında müxtəlif fikirlərin yaranmasına səbəb oldu. Sosial şəbəkələrdə Mətbuat Prospekti ilə Akim Abbasov küçəsində sürücülərin yaratdığı vəziyyət birmənalı qarşılanmadı və həmin avtomobil idarəçiləri sərt şəkildə tənqid edildi.
Yasamalda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü həbs edildi - 90-OK-400 - VİDEO
Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin yaratdığı vəziyyəti şərh edib. O bildirib ki, Yasamalda yaranan həmin tıxac mənzərəsi yolayrıcını keçmə qaydalarını bilməyən, bilib tətbiq etməyən, özündən başqa kimisə düşünməyən sürücülərin əsəridir:
“Mən bu videonu çəkib paylaşan, şərh edən vətəndaşa təşəkkür edirəm. O, Mətbuat prospekti ilə Akim Abbasov küçəsində yaranan tıxacın başqa hansı küçələrə təsir etdiyini çox gözəl izah edib. Bu ərazi göründüyü kimi konflikt nöqtəsidir. Sürücülər bir-birinə yol vermədiyi üçün bu vəziyyət yaranıb. Lakin sonradan əraziyə cəmi bir nəfər yol polisi əməkdaşı yaxınlaşır. O, Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır. Diqqətlə görüntüləri izlədikdə, onun konflikt nöqtəsindəki düyünü necə açdığı aydın olur. Təsəvvür edin, o, hər bir avtomobilə bir-bir yaxınlaşır, onları istiqamətləndirir. Burada bir vətəndaş da ona kömək edir. Diqqətlə baxın, yol polisi hərəkəti tənzimləyir, amma digər tərəfdən gələn sürücülər aləmi qatır, dərhal irəliləməyə cəhd edir. Lakin polis qısa müddət ərzində vəziyyəti tənzimləyir və hər iki yolda hərəkət bərpa olur. Sosial şəbəkələrdə bu vəziyyət kəskin şəkildə tənqid edildi və suallar yarandı. Niyə belə oldu?”
Ekspert əlavə edib ki, bu sualın ilkin cavabı sürücülərin yolayrıcını keçmə qaydalarını bilməmələridir. Digər tərəfdən təklif edilir ki, həmin kəsişməyə “sarı tor” çəkilsin: “Deyək ki, “sarı tor” çəkildi, sürücülər həmin “tor”un sərhədini bildilər ki, harda dayanmaq olar, harda yox. “Sarı tor”a da düşənlər cərimələndi. Deyək ki, bu işıqforda qırmısı işıq yanır, digərində isə yaşıl işıq yanıb sönür. Bəzi sürücülər həmin o yanıb-sönən yaşıl işıqda tez yolayrıcına girməyə çalışır ki, “bəlkə irəlidə axın davam edər, keçərəm” deyə düşünür. Amma gəlin “bəlkə”lərlə hərəkət etməyək, dəqiq olaq. Biz irəlini görək, qavrayaq ki, hərəkət davam edir, yol boşalacaq və siz də irəliləyərək yolayrıcını boşalda biləcəksiz. Bəzi insanlar dünəndən bu məsələni müzakirə edir. Bəziləri də fikir bildirir ki, Azərbaycanda yol polisi lazım deyil. Gəlin bu kəsişmədəki vəziyyəti yaradan bu təfəkkürdə olan sürücülərə yol polisi lazımdır, ya yox? Lazımdır!”
Səfər
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO











