Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO

Bakıda sürücülük təlimi zamanı yol hərəkəti qaydalarına əməl etməyən təlimçinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Avtosfer.az-ın məlumatına görə, 99-XE-205 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobillə təlim keçən xanım təlimçi yol boyu mobil telefondan istifadə edib.
Kadrlardan göründüyü kimi, təlimçi “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq bir mobil telefonla çəkiliş aparıb, digər telefon vasitəsilə isə gələn mesajlara cavab verib. Bununla da kifayətlənməyən təlimçi sükan arxasında əyləşən tələbəsinə telefonunda müxtəlif şəkillər göstərərək onun diqqətini yoldan yayındırıb.
Eyni zamanda, məlum olub ki, həmin şəxs işlə bağlı paylaşdığı videoların əksəriyyətində mobil telefondan mütəmadi olaraq istifadə edib.
Qeyd edək ki, sözügedən təlimçi həm də müğənni kimi fəaliyyət göstərir.
Xatırladaq ki, sürücülük təlimçisi ilk növbədə yol hərəkəti qaydalarına nümunəvi şəkildə əməl etməli, şagirdin diqqətini yayındıracaq hərəkətlərdən çəkinməli və təhlükəsizliyi ön planda tutmalıdır. Təlim zamanı mobil telefondan istifadə, canlı yayım açmaq və ya tələbənin diqqətini yoldan yayındırmaq həm qanunvericiliyin tələblərinə ziddir, həm də gələcək sürücülər üçün yanlış davranış nümunəsi formalaşdırır.
Nərmin
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










