Sürücülük vəsiqəsinin verilməsində hansı qaydalar dəyişə bilər? - VİDEO

Sürücülük vəsiqələrinin verilməsi qaydalarına dəyişiklik ola bilər. Bunlardan biri sınaq mərhələsi layihəsidir.
Bu cür təşəbbüslə bir qrup nəqliyyat eksperti çıxış edib.
"Təklif olunur ki, yeni sürücülük vəsiqəsi alanlara sınaq müddəti verilsin"
Həmin müddət ərzində sürücü kobud qayda pozuntularına yol verərsə, onun sürücülük hüququ məhdudlaşdırılsın. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilsin.Məsələ ilə bağlı öncə sürücülərin fikrin öyrənməyə çalışdıq.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, son dövrlərdə təcrübəsiz sürücülərin iştirakı ilə baş verən qəzaların sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Bunlar daha çox yüngül qəzalar, avtoxuliqanlıq, narkotik təsiri altında nəqliyyatın idarə edilməsi hallarıdır. Ekspertin fikrincə, sürücülük hüququnu yeni əldə edənlərə sınaq müddəti təyin olunarsa,bu cür halların başverməsi azala bilər.
Təkliflərdən biri də sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı tibbi arayış tələbi ilə bağlıdır.
Təklif olunan dəyişikliklərlə bağlı rəsmi qurumlardan hər hansı bir informasiya verilməyib.
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










