Sürücüyə əsəbiləşən və gülümsəyən radar: Funkisya nədən ibarətdir? – AÇIQLAMA + VİDEO

Abşeron rayonu Masazır-Saray-Novxanı avtomobil yolunda yeni radar cihazı quraşdırılıb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsi tərəfindən quraşdırılan elektron tablo, ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub və sürət həddini göstərəcək.
Belə ki, əgər nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşıbsa, elektron tabloda qırmızı rəngli “üzüntülü üz”, sürət həddi aşılmayıbsa “gülən üz” smayliki əks olunacaq.
Əgər nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşarsa və tabloda “üzüntülü üz” smaylik görsənərsə, sürücünü nə gözləyir?
Bununla bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, müasir texnologiyaların tətbiqi qayda pozuntularının daha real və operativ formada aşkarlanmasına gətirib çıxarır. Eyni zamanda sürücülər də bu qurğuları aşkar şəkildə görərək real təhlükəni hiss edir. Uzun müddətdir Daxili İşlər Nazirliyi müasir texnologiyaların, radar və kameraların quraşdırılmasına başlayıb:
“Bundan əvvəl də test rejimində xüsusi radar qurğusunun işlədiyini görmüşdük. Bu, yeni Ağ şəhər bulvarının başlanğıcında quraşdırılmışdı. Bundan sonra digər texnoloji avadanlıqlarının test rejimi həyata keçirildi. Ola bilsin bu da test rejimindən çalışır. Ancaq yaxşı nəticə versə geniş yayılacaq”.
Ekspert qeyd edir ki, bu cür müasir texnologiyaların, xüsusi cihazların tətbiqi hərəkətin təşkili və təhlükəsizliyi, sürücülərlə birbaşa əlaqə qurmaq baxımından əhəmiyyətlidir:
“Bir müddət əvvəl də məlumat verilmişdi ki, yollarda bəzi ağıllı radarların quraşdırılması prosesi həyata keçiriləcək. Sürücü sürət həddini aşdıqda onun dövlət qeydiyyat nişanı tablolarda nümaiş etdiriləcək. Yəni, ən azından sürücü öz avtomobilinin nömrəsini tabloda görsə, artıq gələn dəfə qayda pozmamağa çalışacaq. Düşünürəm ki, bu radarın da, “gülən üz” və “üzüntülü üz” smayliklə sürücüyə mütləq təsiri olacaq”.
E.Muradlı bildirir ki, radarın özünün xüsusi funkisyası var. Yəni, əgər sürücü qaydanı pozursa tabloda neqativ smaylik əks olunacaq, o, da biləcək ki artıq qaydanı pozub və cərimə gələcək. Çünki radar funkisyası artıq məkəzi informasiya sisteminə birləşmiş formada işini görür. Elektron qərar formasında cərimə tətbiq olunur və sürücüyə də elektron qaydada məlumat ötürülür. SMS vasitəsi ilə də bildiriş gəlir:
“Sürücü sadəcə smayliki görüb keçib getməməlidir. Getsə də bilməlidir ki, cərimə gələcək. Sadəcə bu vizual şəkildə də radar sürücüyə cərimə bildirişini göstərir ki, artıq sən cəzalandın. Amma sürət həddinə əməl edən sürücüyə də xoş təbbəsüm göstərməklə təşəkkür edir ki, “qayda pozmadığınıza görə, təşəkkür edirik” və sair. Bizdə də bu cür yanaşmalar olur. Həmişə nümunəvi sürücülərə təşəkkürümüzü bildiririk”.
Namiq Musayev
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











