Tağı Əhmədov "Mercedes"lə Bakıda qaydaları belə pozur - VİDEO

Bakıda dəfələrlə məmurların, yüksək vəzifəli şəxslərin xidməti avtomobilləri ilə özbaşınalıqlarının, yol hərəkəti qaydalarını heçə saymasının şahidi olmuşuq. Bu dəfə Tağı Əhmədovun xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozarkən görüntüləndi. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun xidməti avtomobili yol hərkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün qəza vəziyyəti yaradıb. Musavat.com-un əməkdaşı sabiq metropoliten rəisi Tağı Əhmədovun sürücüsünün idarə etdiyi maşının qayda pozuntularını Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində görüntüləyib. Adını çəkdiyimiz küçədə avtomobil qəzası baş verdiyindən tıxac yaranıb. Bu zaman Tağı Əhmədovun da içərisində olduğu avtomobil qoşa xətti tapdalayarq, qarşıdan gələn avtomobillərin hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını pozub.
Görüntülərdən də aydın olur ki, "Mercedes" markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobil qaydalara əməl etmədən hərəkətini davam etdirir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












