Taksi dayanacağı, yoxsa zibilxana? - Bu küçənin asan həlli olan çətin problemləri - VİDEO
Paytaxtın Şərifzadə küçəsində qəribə mənzərə yaranıb. Taksi duracağına zibil qabları qoyulub. Sürücülər isə ikinci cərgədə saxlamağa məcbur olur. Bu zaman isə yol polisi onları cərimələyir.
Avtosfer.az Yasamal rayonu, Şərifzadə küçəsində çəkiliş aparan zaman bu mənzərə ilə qarşılaşıb.
Maraqlıdır ki, ərazidə bir-birindən cəmi 20-30 metr aralı iki dayanacaq var. Birinci dayanacaq istifadə olunur. İkincisi isə sadəcə orda dayanıb. İkinci dayanacaqdan sonra isə taksilərin dayanması üçün yer təyin olunub. Amma bura da kommunal təsərrüfat idarəsi zibil qabları qoyub.
İndi taksi sürücüləri nə ağzı göyə dayanan avtobus dayanacağında, nə də onlar üçün ayrılmış yerdə saxlaya bilmir. Məcbur olub ikinci sırada, yaxud boş avtobus dayanacağında saxlayanda isə yol polisi onları cərimələyir.
Əslində problemin çox asan həlli yolu var.
Taksi nişanını boş qalmış avtobus dayanacağına doğru irəli çəkmək, həmin dayanacağı ləğv etmək və zibil qablarının yerini dəyişmək lazımdır. O zaman həm avtobus üçün, həm taksilər üçün, həm də zibil atmağa normal şərait yaranar. İndi qalır ki, müvafiq qurumlar öz aralarında bununla bağlı razılığa gəlib əməli fəaliyyətə keçsinlər. Ətraflı olaraq videonu təqdim edirik:
Fərid
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO











