Taksi sürücüsü sifarişdən narazılıq etdi: “Gənclik”dən Qobustana 28 manat məbləğ hesablanıb - VİDEO

Paytaxtda həm maraqlı, həm də bir qədər qəribə hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, bir taksi sürücüsü tətbiq vasitəsilə aldığı sifarişdən sonra yaşadıqlarını sosial şəbəkədə paylaşaraq diqqət çəkib.
Sürücü bildirib ki, sifariş “Gənclik” metrosundan Qobustan rayonu istiqamətində 28 manat məbləğində olub. Lakin ünvana çatdıqda, ərazinin harada yerləşdiyi məlum olmayıb. O, paylaşımında zarafatla qeyd edib: “Yolda sadəcə mən, müştəri və iki-üç inək var.”
Hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən gülüş və maraqla qarşılanıb. Bir çoxları sürücünün vəziyyətinə yumorla yanaşaraq şərhlər yazıblar.
Bəzi izləyicilər isə qeyd ediblər ki, taksi tətbiqlərində bəzən ünvanların düzgün qeyd olunmaması sürücülər üçün ciddi problem yaradır. Bu hadisə də həmin problemlərin real nümunələrindən biri kimi qiymətləndirilib.
Eltac Zülfüqaroğlu
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO
Bu ərazilərdə taksilər şəxsi avtomobillərin əlindən dayanacaq tapa bilmir - VİDEO








