Taksi sürücüsü sükan arxasında narkotik maddə istifadə edir? - VİDEO - YENİLƏNİB

Taksi sürücüsünün sükan arxasında narkotik maddə qəbul etməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, sosial şəbəkədə yayılan görüntülər əsasında mütləq araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək:
“Belə videoların sosial şəbəkədə yayılması yol verilməzdir. Bu kimi videoların şəbəkədə yayılmasının qarşısı alınmalıdır. Çünki bu faktlar görüldükdə və ya şübhəli hal ilə rastlaşan şəxslər aidiyyəti üzrə polisə məlumat versələr yaxşı olar. Çünki hazırda bu videoda avtomobilin dövlət nömrə nişanı bəlli olmadığından və sürücünün üzü aydın düşmədiyindən kimliyini müəyyən etmək zaman ala bilər. Lakin bütün hallarda məsələ araşdırılacaq”.
***
Azərbaycanda sürücünün sükan arxasında narkotik çəkdiyi iddia olunub. Avtosfer.az xəbər verir ki, sözügedən video sosial şəbəkədə paylaşılıb. Taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsünün hərəkəti diqqət çəkib.
Həmin görüntüləri təqdim edirik:
Oxu.Az
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











