Banner

Taksi sürücüsünü döyən şəxs SAXLANILDI; avtomobilindən qumbara çıxdı - VİDEO

Avtosfer TV 2 İyun 2025 22:03 Oxunub 2096
Taksi sürücüsünü döyən şəxs SAXLANILDI; avtomobilindən qumbara çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol münaqişəsi zamanı taksi sürücüsü döyülüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisənin görüntüləri başqa bir avtomobilin videoregistratoruna düşüb.

Belə ki, vilayətin Kudrovo şəhərində “Chevrolet” markalı avtomobilin sürücüsü aralarında yaranmış yol münaqişəsi zamanı taksi kimi fəaliyyət göstərən “Kia” markalı maşının sürücüsünə hücum edərək onu döyüb.

Sözügedən hadisənin videosu sosial şəbəkədə yayıldıqdan sonra polis əməkdaşları hərəkətə keçərək taksi sürücüsünü döyən 35 yaşlı şəxs “Chevrolet” markalı avtomobillə birgə saxlayıblar.

Avtomobilə baxış zamanı salonda döyüş qumbarası aşkar edilib.

Sürücünün sözlərinə görə, qumbaranı dostunun mənzilində tapıb, özü üçün götürmək qərarına gəlib, əlçək bölməsinə (bardaçok) qoyub və yadından çıxıb. Bundan əlavə, polis həmin şəxsin avtomobili sürücülük vəsiqəsiz idarə etdiyini də müəyyən edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh