Taksi sürücüsünü döyüb avtomobilini qaçırdılar; uzağa gedə bilmədilər - VİDEO

Rusiyanın Nijnem Novqorod şəhərində taksi sürücüsünü döyən iki yeniyetmə, onun avtomobilini qaçıraraq qəza törədiblər. Avtosfer.az xəbər verir ki, insident “Oktyabr” prospektində baş verib.
Məlumata görə, 17 yaşlı iki şəxs 52 yaşlı taksi sürücüsünü avtomobildən çıxararaq yerə yıxıblar və təpikləməyə başlayıblar. Bundan sonra yeniyetmələr sürücüdən maşının açarlarını tələb ediblər, lakin o, açarı verməkdən imtina edib. Ardınca onlar sürücünü yenidən döyərək cibindən açarı götürüblər və avtomobillə hadisə yerindən uzaqlaşıblar. Ancaq çox uzağa gedə bilməyiblər, bir müddət sonra qəzaya törədiblər və avtomobili hadisə yerində tərk edərək oradan da qaçıblar.
Şübhəlilər, polis əməkdaşları tərəfindən isti izlərlə saxlanılıblar. Cinayətkarlardan biri məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Ağır xəsarətlər alan sürücü isə, xəstəxanaya yerləşdirilib.
Namiq Musayev
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO










