Taksidə quş saxlayan sürücüyə dair RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə bir taksi sürücüsünün avtomobilin içini gül-çiçək və canlı quşlarla bəzəməsi olduqca maraqla qarşılanıb. Bir çox istifadəçi həmin addımını xoş qarşılasa da, bəziləri bunun sürücünün diqqətini yayındıracağını qeyd edib.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Dövlət Yol Polisindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallarda heç bir cərimə və ya məsuliyyət nəzərdə tutulmur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin baş inspektoru Araz Əsgərli sözügedən vəziyyətin sürücünün diqqətini yayındırmadığını bildirib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə əksinə, belə halların maşını idarə edərkən sürücünün diqqətini yayındıra biləcəyini qeyd edib:
“Kadrdan da göründüyü kimi, quşlar qəfəsdə deyil. Belə olan halda onlar anidən uça və sürücünün diqqətini yayındıra bilər. Eyni zamanda, digər ev heyvanlarının da taksidə və ümumiyyətlə, nəqliyyat vasitəsində açıq şəkildə aparılmasını düzgün hesab etmirəm. Doğrudur, taksi sürücüsü müştərilərin diqqətini cəlb edəcək maraqlı bir təşəbbüs edib, ancaq nəzərə alınmalıdır ki, bu hal qəza riski yarada bilər və həm özü, həm də sərnişinlər üçün təhlükə törədər”.
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO
Yeniyetmə “Gelandewagen” sürərək ad gününü qeyd etdi - 14-HA-014 - VİDEO
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO
Qadın sürücü “Nissan”ı səkiyə çıxarıb skuteri vurdu - VİDEO
Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO
Sərxoş usta müştərinin avtomobilini qaçırdı - Polis qovanda 7 maşını əzdi - VİDEO
Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO
Bakıda maşın yola qaçan qadını vurdu - Günah kimdədir? - REAL VİDEO










