Taksidən düşən qadın özünü maşının altına atdı - VİDEO

Avtosfer TV 12 Oktyabr 2023 10:00 Oxunub 1382
Taksidən düşən qadın özünü maşının altına atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda özünü ölümə atan piyadanın görüntüsü anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, "Bolt" şirkətinə məxsus taksidən düşən xanım sərnişin yola baxmadan əks tərəfə keçməyə çalışıb. Bu zaman yolda hərəkətə başlayan avtomobilin önünə çıxaraq həm özünü, həm də sürücünü təhlükəyə atıb.

Qadının kifayət qədər yaşının olmasına baxmayaraq, görünür ki, öz təhlükəsizliyi ilə bağlı qaydalardan xəbərsizdir.

"Yol hərəkəti haqqında" qanunun 41-ci maddəsində qeyd olunub ki, sərnişinlər nəqliyyat vasitəsinə səkidən və ya yol çiyini tərəfdən minib-düşməlidir.

Bu qaydanın pozulmasına görə sərnişinləri 30 manat məbləğində cərimə gözləyir.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh