“Taksilərə bu qədər məsuliyyət qoyulursa, şərait də yaradılmalıdır” – EKSPERT - VİDEO - FOTO

Avtosfer TV 4 Aprel 2024 17:40 Oxunub 636
“Taksilərə bu qədər məsuliyyət qoyulursa, şərait də yaradılmalıdır” – EKSPERT - VİDEO   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftə taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edildi.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bu qərardan sonra taksi sürücülərinin yaşadığı problemlərdən danışıb.

O, bildirib ki, qərardan sonra taksilərin sayı azalacaq: “Çünki dövlətin də əsas hədəfi çoxsaylı taksilərin yaratdığı problemləri həll etməkdir. Yəni, bu qədər taksi Bakı şəhəri üçün əlavə yükdür. 70 minə yaxın böyük bir rəqəmdən danışırıq. Təxmini hesablasaq, bir çoxunun avtomobili taksiyə, bəziləri isə ümumiyyətlə sürücü olmağa yaramır. Yəni, fiziki durumu, narkoloji vəziyyəti, alkoqoldan istifadəyə marağı qadınlara, qızlara qarşı əxlaqsız münasibət və s. bura daxildir”.

Ekspert taksi üçün tələb olunan yeni avtomobillərinin sürücülər tərəfindən güzəştli kreditlərlə alınması üçün də addımların atılmalı olduğunun vacibliyinə toxunaraq qeyd edib ki, bunu aidiyyəti qurumlar öz aralarında tənzimləməlidir. “Taksi dayanacaqları yox səviyyəsindədir. Onların məsələsi gündəmə gəlməlidir ki, yeni taksi duracaqları, taksi parkları olsun. Həmçinin taksi duracaqlarını zəbt edən digər sürücülərlə mübarizə tədbirləri aparılsın. Yəni, taksilərin üzərinə bu qədər məsuliyyət qoyulursa, onlar üçün şərait yaratmaq məsələsinə də baxmaq lazımdır”.

Elməddin Muradlı bildirib ki, yeni qaydalara görə, yük avtomobilləri, firma maşınları, kiçik tutumlu yük maşınları və s. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qaydaları çərçivəsində sənədlərlə təmin olunmalıdırlar: “Artıq daşınan yüklərlə bağlı cərimələr tətbiq edilir. Yəni, elektron tərəzilər yollarda qurulub və artıq yükləri daşıyan sürücülər bu vasitələrlə aşkarlanıb, saxlanılır.”

Ekspert bildirib ki, ictimai nəqliyyatın inkişafına çox böyük diqqət ayrılmalıdır. “İlk növbədə metro stansiyalarının sayı artmalıdır. Azərbaycanda 10 ilə bir stansiya tikilir. Bu da narahatlıq doğurur. Ona görə mən düşünürəm ki, mütləq elə bir strategiya ortaya qoymaq lazımdır ki, bütün işlər paralel şəkildə aparılsın”.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh