Banner

“Tank”la toqquşan “Niva”nın sürücüsü və sərnişini öldü - VİDEO

Avtosfer TV 1 Oktyabr 2025 21:00 Oxunub 1704
“Tank”la toqquşan “Niva”nın sürücüsü və sərnişini öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasında qeydə alınan hadisənin görüntüləri kameraya düşüb.

Məlumata görə, Laişevski rayonunda sürət həddini aşan sürücü idarə etdiyi qoşqulu “Niva” markalı avtomobilin sükan idarəetməsini itirərək əks yola çıxıb və qarşıdan gələn “Tank” markalı yolsuzluq maşını ilə toqquşub.

Zərbənin təsirindən “Niva” deformasiyaya uğrayıb. Qəza nəticəsində ağır xəsarətlər alan “Niva”nın sürücüsü və 39 yaşlı sərnişini hadisə yerində ölüblər. Digər avtomobildə olanlar isə xəsarət almayıb.

Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh