Avtosfer.az | Reklam
Təhlükəli tryuk az qala kaskadyorun həyatı bahasına başa gələcəkdi - VİDEO
Avtosfer TV 14 Sentyabr 2020 21:04 Oxunub 808
Təhlükəli tryuk az qala kaskadyorun həyatı bahasına başa gələcəkdi - VİDEO

Rusiyalı kaskadyorun göstərdiyi təhlükəli tryuku, təşkilatçıların səhvi ucbatından az qala faciə ilə başa çatacaqdı. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri kamera tərəfindən qeydə alınaraq sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, rostovlu ekstremalın avtomobillə tramplinin üzərindən tullanaraq, üstündə maşın dayanmış metal barelləri vuraraq nəqliyyat vasitəsinin altından keçdiyi görülür.

Kaskadyor təhlükəli tryuku yerinə yetirsə də, barellərin üzərindən olan avtomobil az qala onun olduğu avtomobilin üzərinə düşəcəkdi.

Hadisədən sonra şounun təşkilatçıları konstruksiyanın çox aşağı quraşdırdıqlarını etiraf ediblər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh