Təhqir olunduğunu bildirən sürücünün yalanları üzə çıxdı: Özü nalayiq sözlər yazıb - VİDEO

Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda sürücülər arasında baş vermiş insidentlə bağlı saytımızda xəbər dərc olunmuşdu. Belə ki, 77-XR-990 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü aptekə getdiyi üçün maşınını yaşayış evinin girişində bir neçə dəqiqəlik park etdiyini və qayıdarkən 90-AA-428 dövlət nömrə nişanlı “Nissan” markalı nəqliyyat vasitəsinin sürücüsünün onun hərəkətinə əngəl törətdiyini çəkərək paylaşmışdı. O, “AA” nömrəli avtomobilin sürücüsünün dəfələrlə çağırsa da darvazadan çölə çıxmadığını iddia etmişdi.
Məsələylə bağlı Avtosfer.az-a müraciət edən “Nissan” markalı avtomobilin sürücüsü videonun həqiqəti əks etdirmədiyini qeyd edərək hadisənin təhlükəsizlik kamerasından olan görüntüsünü göndərib. O, avtomobilin sürətini artıraraq uzaqlaşmaqda olan “BMW” sürücüsünə yaxınlaşaraq maşını evin girişindən kənara çəkməsini bildirib. Şikayətçi, sözügedən şəxsə dəfələrlə xəbərdarlıq etsə də, sürücünün əliylə xoşagəlməz hərəkətlər edərək “Get işinlə məşğul ol” dediyini iddia edib.
Videodan da göründüyü kimi, “BMW”nin qapı tutacaqları işığının hələ də yanılı vəziyyətdə olması sürücünün yaxınlıqda olduğunu göstərir. Mövcud vəziyyətdən çıxış yolu kimi, o, maşını “BMW”nin yaxınlığında saxladığını bildirib. Eyni zamanda şikayətçi sürücünün aptekə deyil, marketə getdiyini və 1 dəqiqə yox 5 dəqiqə sonra əraziyə qayıtdığını əlavə edib.
Kadrdan da aydın görünür ki, “Nissan” sürücüsü bir müddətdən sonra çölə çıxıb və onunla dəqiqələrlə danışıb. O, evakuator çağıraraq maşınını ərazidən kənarlaşdıracağını bildirən “BMW” sürücüsünə etdiyi davranışa görə, avtomobilini kənara çəkməyəcəyini və maşına sağ tərəfdən minərək getməsini bildirdiyini əlavə edib. Sonda çarəsiz qalan “BMW” sürücüsü nəqliyyat vasitəsinə sərnişin tərəfdən minərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, “BMW” sürücüsü təhqir olunduğunu iddia etsə də, özü Avtosfer.az-ın “TikTok” səhifəsində nalayiq ifadələr işlədib. O, “Cənab 011” istifadəçi adı ilə “Nissan” sürücüsünə təhqiramiz sözlər yazıb.
Nərmin
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











