Təkər daha bir yol qəzasına səbəb oldu: avtomobil “salto” atdı – QƏZA GÖRÜNTÜLƏRİ

Avtosfer TV 4 Sentyabr 2024 18:54 Oxunub 208
Təkər daha bir yol qəzasına səbəb oldu:  avtomobil “salto” atdı – QƏZA GÖRÜNTÜLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada yük maşınından çıxan təkər yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Moskva dairəvi avtomobil yolunda baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, yolun 41-ci kilometrliyində, Profsoyuznaya küçəsi ilə kəsişmə yaxınlığında hərəkətdə olan yük maşınının arxa təkəri çıxıb və yolun sağ tərəfinə diyirlənib. Bu zaman sol zolağda hərəkətdə olan taksi şirkətlərinin birinə məxsus avtomobilin altında qalıb.

Bundan sonra “taksi” sözün əsl mənasında akrobatik hərəkətlər edib və nəticədə maşın havaya qalxaraq yerə çırpılıb.

Hadisə zamanı ölən və yaralananların olduğu barədə məlumat verilmir.

Həmin görüntüləri təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh