Təkər deyib keçməyin - Partlayanda can ala bilir.. - VİDEO

Son vaxtlar xüsusilə təkər ustaları təkər təmir edərkən bədbəxt hadisələr yaşanır.
Son belə hadisə karxanada ağırtonnajlı avtomobilin təkərini təmir edən zaman baş verib. Hadisə dünən İmişlinin Bəhrəmtəpə qəsəbəsində qum-çınqıl karxanalarının birində qeydə alınıb.
Cəmi bir neçə gün əvvəl isə Ucarın Yuxarı şilyan kəndində Kombaynın təkərinə hava vururan zaman, təkərin partlaması nəticəsində sürücü dünyasını dəyişmişdi.
Oxşar bədbəxt hadisə ötən ay Gəncədə də yaşandı. Burada isə təkər təmir edilən zaman partlayıb və boğazından xəsarət alan usta hadisə yerində vəfat edib.
Bu hadisələrin hamısı son bir ayın içərisində baş verib. Ustalar belə xoşagəlməz hadisələrin yaşanmaması üçün bəzi nüanslara diqqət etməyi tövsiyyə edir.
Xüsusilə defarmasiyası böyük olan təkərin yamanaraq hava vurulması tövsiyyə edilimir. Bu, daha ağır fəsadlara səbəb ola bilər
Uzun illərdir təkər təmiri işi ilə məşğul olan Rafael Əliyev deyir ki, xüsusilə köhnə ağır tonnajlı avtomobillərin təkəri təmir edilərkən diqqətli olmaq lazımdır.
Üstəlik tövsiyyə edilir ki, ustalar havanı elektron cihazlarla təkərə vursunlar. Əks halda təkərə nə qədər hava vurulduğunu bilmək olmur.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











