Televiziya layihəsinin ulduzu “Gelendvagen”lə piyadanı vurub öldürdü – ANBAAN VİDEO
Avtosfer TV 6 Oktyabr 2020 09:15 Oxunub 1394
Televiziya layihəsinin ulduzu “Gelendvagen”lə piyadanı vurub öldürdü – ANBAAN VİDEO

Rusiyanın Moskva şəhərində “Subay” televiziya layihəsinin ulduzu Viktoriya Korotkova idarə etdiyi minik avtomobili ilə ağır yol-nəqliyyat hadisəsi törədib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 5-də axşam saatlarında Kutuzov prospektinin 7-ci kilometrliyində baş verib.

Məlumata görə, Viktoriya Korotkova sürdüyü “Mercedes Gelendvagen” markalı minik avtomobillə, hərəkətdə olarkən, yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçən şəxsi vurub. Qəza nəticəsində piyada aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh