Ticarət və iaşə obyektlərinin qarşındakı parkinqlər qanunidir? - VİDEO

Avtosfer TV 3 Fevral 2024 23:40 Oxunub 2306
Ticarət və iaşə obyektlərinin qarşındakı parkinqlər qanunidir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əksər supermarketlərin qarşısında parklanma yerləri var. Həmçinin parklamaya kömək edən şəxslər ərazidə olurlar. Ancaq bu parklanma yerləri "Azparking'' tətbiqinə aid deyil. Bəs bu parkinqlər qanunidirmi? Onların işinə hansı qurum və necə nəzarət edir?

İctimai iaşə obyektlərinin əksəriyyətinin qarşısında parkinq üçün yer olsa da, bu, qanunla yox, məhz insanlar tərəfindən tənzimlənir. Elə bu gün çəkiliş apardığımız zaman da bunun canlı şahidi olduq.

Əsasən supermarketlərin qarşısında rastlaşdığımız bu paklanma nəzarətçiləri ilə həmsöhbət olduq. Deyirlər ki, qiyməti özləri tənzimləmirlər. Amma hər gün bu xidmətə görə qazanc əldə edirlər.

Sürücülər isə bu nəzarətçilərin onlara zərərinin yox, əksinə, daha çox xeyirinin olduğunu bildirirlər. Bunu da özlərinə məxsus şəkildə əsaslandırırlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, Agentlik yalnız avtomobil yollarının kənarında quraşdırılan parklanma yerlərinə nəzarət edir.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh