Ticarətçilər avtomobil kursunu ABŞ və Koreyadan Dubaya DƏYİŞİR - VİDEO

Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəmizə gətirilən avtomobillərin sayı artmaqdadır.
Nəqliyyat eksperti Aslan Əsədli deyir ki, Qırmızı dənizdə baş verən hadisələr fonunda logistika şirkətləri yarana biləcək risklərdən yayınmaq üçün alternativ yollardan istifadə edirlər.
Bu da ABŞ və Koreyadan gətirilən avtomobillərin ünvana daha gec çatmasına səbəb olur. Bu səbəbdən müəyyən alıcılar daha çox Dubay bazarına üstünlük verməyə başlayıblar.
Avtomobil təmiri ilə məşğul olan ustaların fikrincə, Dubaydan gətirilən avtomobillərin, digərləri ilə müqayisədə nadir hallarda təmirə ehtiyacı olur. Nəqliyyat vasitələrinin gəmidəki konteynerdə qalma müddəti də onun keyfiyyətinə təsir edən amillərdən biridir.
Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov qeyd edib ki, vətəndaşların Dubay bazarına üstünlük verməsinin digər səbəbi aradakı qiymət fərqidir.
Mütəxəssis əlavə edib ki, hazırkı bazarda müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə də Dubay bazarından alınan avtromobillərin sayı üstünlük təşkil edəcək.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











