"TikTok"da satışa çıxarılan NÖMRƏLƏR: Polisin bazasına girilib? - VİDEO

"TikTok" sosial şəbəkəsində avtomobil dövlət qeydiyyat nişanlarını satan peyda olub.
Avtosfer.az xəbər verir ki, bir nəfər “TikTok”da canlı yayım açaraq, öz “biznes”ini nümayiş etdirib.
Həmin şəxs iddia edir ki, satışda olan və olmayan bütün maşın nömrələrini müəyyən edə bilir. O, hətta izləyicilərinə fantastik qiymətlərə nömrələr təklif edir.
Canlı yayıma yazılan rəylərdə də izləyicilər arzuladıqları nömrələri maraqlanaraq sifariş verə bilirlər.
Tiktokerin bu məlumatları hansı mənbədən əldə etdiyi isə qaranlıq qalır.
Lent.az-ın yol polisindən əldə etdiyi məlumata görə, həmin “TikTok” istifadəçisi məlumatları “avtonet.az” saytına daxil olaraq öyrənir.
Belə ki, həmin saytın dövlət qeydiyyat nişanları satılan bölməsində rayonlara məxsus seriyalarla arzulanan nömrəni axtarışa vurur və həmin nömrənin saytda olub-olmamasını dəqiqləşdirir. Yəni, bir sözlə bunun Baş Dövlət Yol Polisi İdarəsinin sistemində mövcud olan satılmayan nömrələrlə heç bir əlaqəsi yoxdur.
İzləyicilərin əksəriyyəti isə həmin şəxsin məhz DYP-nin sistemində olan yaxud artıq istifadə edilən nömrələri bildirdiyinə inanır.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











