Toy karvanındakı "Niva"lardan təhlükəli hərəkətlər -VİDEO
Azərbaycanda toy karvanlarında avtomobillərin "yarışı" dəb halını alıb. Yol polisi bir müddət əvvəl bu barədə xüsusi xəbərdarlıq etmişdi. Hətta bir sıra cəza tədbirləri görüldü. Görünür bunlar toy karvanının "ənənəsini" sevənləri yolundan döndərə bilməyib. Sosial şəbəkələrdə blogger Bilal Nuriyevin paylaşdığı video müzakirə obyekti olub. Belə ki, budəfəki "ölüm oyununun" "qəhrəmanları" "NİVA" sürücüləridir. 90-UX-588 dövlət nömrə nişanlı "Mersedes" (Galenvagen) markalı bəy-gəlin maşının müşayət edən 99-XB-055, (ehtimal ki yol polisidir), 90-KU-091, 99-XF-228, (əlavə olaraq sayrışan işıqlar quraşdırılıb), 90-ZH-686, zolaqlar üzrə düzgün yerləşməyərək müxtəlif təhlükəli manevrlər edərək qəza vəziyyəti yaradır, özlərini və maşındakı sərnişinləri təhlükəyə atırlar. Eyni zamanda bütün yolu tutaraq hərəkətə maneə törədirlər. Avtomobillərin bir çoxu isə müxtəlif sayrışan işıqlar, əlavə avadanlıqlarla təchiz olunub. Hətta sürücülərdən biri yol polisi olduğu ehtimal edilir. Avtomobillərin arxa şüşələri isə örtüklə bağlanıb və nömrələrin üstü örtülüb. Avtosfer.az həmin görüntüləri təqdim edir:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












