"Toyota Prius": bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEO

Azərbaycanda “Toyota Prius” avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının artması müəyyən narahatlıqlar doğurur. Bəzi insanlar hesab edir ki, qəzaların səbəbi bu maşınların düzgün işləməməsi ilə əlaqəlidir. Əslində isə vəziyyət heç də belə deyil.
Ekspert Elməddin Muradlı bildirir ki, “Toyota Prius” çox təhlükəsiz avtomobildir. Belə ki, bu model dünyada avtomobillərin təhlükəsizliyini ölçən məşhur NCAP şirkəti tərəfindəndə 5 ulduzla qiymətləndirilib. “Prius” müasir təhlükəsizlik sistemlərinə, qəzaların qarşısını almaq üçün bir sıra təhlükəsizlik funksiyalarına və eləcə də zərərli maddələrin ətraf mühitə atılmasının qarşısını alan bir texnologiyaya sahibdir.
Həmçinin avtomobil 7 hava yastığı ilə təchiz olunub. “Qəza əleyhinə yardımçı sistem toqquşmanın qaçınılmaz olduğunu təyin edərsə avtomobildə bu zaman avtomatik tormozlama baş verir. Həmçinin yaxın və uzaq işıqlarının avtomatik idarə edilməsi, yol xətlərinin tanınması, adaptiv kruiz kontrol, parklama zamanı maneələrin təyin edib avtomatik tormozlaması və hətta yarı avtomatik parklama texnologiyası da mövcuddur.
“Toyota Prius” avtomobillərinin ekologiyaya göstərdiyi təsirdən danışan Elməddin Muradlı insan həyatının təhlükə altında olmadığını bildirib. “1997-ci ildən bu yana dünya miqyasında 5 milyondan çox “Prius” avtomobili satılıb. Elə həmin ildən bu yana ekoloji cəhətdən təmiz avtomobil sayılan bu avtomobil dünya miqyasında 82 milyon ton zərərli CO2 tullantılarının ətraf mühitə atılmasının qarşısını alıb. Bu həqiqətəndə insan sağlamlığı üçün böyük rəqəmdir”.
Qeyd edək ki, 2015-ci ildə aparılan araşdırmada hibrid avtomobil sürən şəxslərin 89%-i özlərini daha çox xoşbəxt və az stressli hesab ediblər.
Orxan Əli
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











