“Toyota” “QAZ-66” ilə toqquşdu; 2 ölü, 1 yaralı – FOTO + VİDEO
Avtosfer TV 3 İyun 2020 16:03 Oxunub 1454
“Toyota” “QAZ-66” ilə toqquşdu;  2 ölü, 1 yaralı – FOTO + VİDEO
Qəzanın təfərrüatları araşdırılır

Rusiyanın Primorsk diyarında hərbi yük maşınının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 3-də Lesozavodsk şəhərində qeydə alınıb. Bu barədə “Vesti.ru” məlumata yayıb.

Məlumata görə, “Toyota” markalı minik avtomobili “QAZ-66” markalı hərbi yük maşını ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb, “QAZ-66” isə yanakı aşıb.

İlkin məlumatlara görə, qəza nəticəsində qadın və uşaq vəfat edib. Yük maşınının sürücüsü isə xəsarətlər alıb.

Qəzanın təfərrüatları araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh