Türkiyədə dəhşətli yol qəzası: azı 10 ölü, 39 yaralı - FOTO + VİDEO

Avtosfer TV 26 May 2024 22:18 Oxunub 964
Türkiyədə dəhşətli yol qəzası:  azı 10 ölü, 39 yaralı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Mersin şəhərində dörd nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 26-da Bakı vaxtı ilə 20:45-də Mersin-Adana avtomagistralının Tarsus rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Adana istiqamətində hərəkətdə olan sərnişin avtobusu havanın yağışlı, asfaltın sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq əks yola keçib və qarşıdan gələn biri yük maşını, ikisisi minik avtomobili olmaqla üç nəqliyyat vasitəsi ilə toqquşub.

Zərbənin şiddətindən avtobus, yük maşınının kabinəsi və iki minik avtomobili deformasiyaya uğrayıb.

İlkin məlumata görə, azı 10 nəfər ölüb, 39 nəfər isə xəsarət alıb.

Qəza yerinə çox sayda polis, xilasetmə və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Təəssüf ki, ölənlərin sayının artacağı da istisna edilmir.

 

Namiq Musayev

 

Mersin'de zincirleme kaza:10 kişi öldü, 30 kişi yaralandı - Yeni Mesaj

Mersin'de feci kaza: 10 ölü, 30'dan fazla yaralı - GÜNDEM - Karaman NET

Mersin'de zincirleme kaza: 10 ölü, 30 yaralı

Son dakika... Mersinde feci kaza: 10 kişi hayatını kaybetti, 30 yaralı

 

Mersin'de zincirleme kaza: 10 ölü, 30 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh