“UAZ” yük maşını ilə toqquşdu: 5 ölü, 3 yaralı – QƏZA GÖRÜNTÜLƏRİ

Avtosfer TV 17 Sentyabr 2024 19:03 Oxunub 188
“UAZ” yük maşını ilə toqquşdu:  5 ölü, 3 yaralı – QƏZA GÖRÜNTÜLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Krasnoyarsk bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 17-də Norilsk - Alıkel avtomobil yolunda qeydə alınıb. Bu barədə "DİN 24" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, “UAZ” markalı maşının sürücüsü yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn "Scania" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “UAZ”ın sürücüsü və 4 sərnişini hadisə yerində ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh