Uşağa sükan verib təhlükə yaradan "sistem işçisi" kimdir? - VİDEO
Avtosfer TV 9 Avqust 2020 21:11 Oxunub 2642

Bu gün Nərimanov rayonu ərazisində 99 KG 440 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobilin sürücüsü sükan arxasında azyaşlı uşağı əyləşdirirək ona maşın sürdürüb. Bu barədə Avtosfer.az-a sürücülük təlimçisi Arzu Babazadə məlumat verib. Təlimçi sürücüyə bunun təhlükəli olduğunu izah etməyə çalışıb. Bu zaman həmin şəxs özünü "sistem işçisi" kimi təqdim edərək xanım təlimçidən sənəd tələb edib. Amma Arzu Babazadə ona bir daha bu əməlin qanunsuz olduğunu xatırladıb. Videonu təqdim edirik. Ümid edirik ki, yol polisi bu şəxsi aşkar edərək barəsində müvafiq tədbir görəcək.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh