Üzərində şəhid şəkilləri olan yerüstü keçid “bomjl” və narkoman yuvasına çevrilib; piyadalar qorxur - VİDEO

Son illərdə Prezident İlham Əliyev ölkənin yol infrastrukturunun inkişafı ilə əlaqədar müxtəlif sərəncamlar verib. Bununla əlaqədar, ölkə başçısı istər bölgələrin, istərsə də paytaxt və ətrafındakı ərazilərin infrastrukturunun yüksək səviyyəyə gətirilməsi ilə bağlı dövlət büdcəsindən ayırmalar da həyata keçirib. Buna baxmayaraq, hələ də bir çox ərazilərdə istər asfaltlama işlərinin, istərsə də piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrin keyfoyyətsiz formada istifadəyə verildiyini görürük. Yəni, Prezident o qədər işlərin görülməsi üçün ölkənin ərazisinə yatırımlar edir, amma qurumların ortaya qoyduğu nəticə ürəkaçan olmur.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri də Qaradağ rayonu Müşfiqabad qəsəbəsidir. Qəsəbə sakinləri saytımızın sosial şəbəkə hesabına şikayət edərək bildirib ki, yaşadıqları ərazi əhəmiyyətli yollardan keçməkdə problemlərlə üzləşirlər. Onların sözlərinə görə, şərait yaradılmadığı üçün dəfələrlə piyadavurma halları yaşanır.

Şikayətlə əlaqədar ərazidə çəkiliş aparan əməkdaşımız qorxunc vəziyyətlə rastlaşıb. Belə ki, Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsindəki yerüstü keçidlər acınacaqlı hala düşüb. Çəkiliş zamanı əməkdaşımız elə keçidin pilləkənlərindən qalxarkən qəribə qoxu ilə rastlaşıb. O bildirib ki, keçidin üzərində Vətən müharibəsi şəhidlərinin şəkilləri olsa da, keçidin içində kimlərsə özünün təbii ehtiyaclarını ödəyir. Yerüstü keçidin içərisi ümumiyyətlə işıqlandırılmadığı üçün, eləcə də təhlükəsizlik kameraları olmadığı üçün artıq “bomjların”, narkomanların əlverişli məkanına çevrilib.
Rayon icra hakimiyyəti isə məsələyə etinasız yanaşmağa davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzun müddət əvvəl heç də məqsədəuyğun formada tikilməyən keçid artıq yalnız “bomjların” və narkomanların istifadəsi üçün yararlı hala düşüb. Saytımızın sosial şəbəkə heabına şikayət edən sakin deyir ki, yerüstü keçid çox vaxt yol polisi əməkdaşlarının dəstəyi ilə təmizlənir, yararlı hala salınır, sonra vəziyyət yenidən təkrarlanır. Kimlərsə keçiddə təbii ehtiyacını ödəyir, qaranlıq saatlarda keçidin içində kimlərsə gəlib uzanıb yatır. Keçiddəki vəziyyətdən qorxan camaat da ümumiyyətlə ondan istifadə etmir. Yolu keçən piyadalar isə qəzaya düşür, ən yüngül halda xəsarətlərlə xilas olurlar.
Əməkdaşımızın ərazidən çəkdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











