Valideynləri “selfi” çəkərkən içində uşaqlar olan maşın dağdan aşağı getdi - VİDEO
Avtosfer TV 25 Avqust 2020 23:15 Oxunub 1282

Validenyləri təbiət fonunda şəkil çəkdirdikləri vaxt içərisində yeddi və 10 yaşlarında uşaqlar olan avtomobil dağdan üzüaşağı hərəkət etməyə başlayıb.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib.

Məlumata görə, “Toyota Hilux” markalı pikap tövləyə çırpıldıqdan sonra dayanıb. Maşında olan hər iki uşaq xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh