Vəsiqəsiz motosiklet idarə edən sürücü piyadanı vurdu - VİDEO

Türkiyənin Edirnə şəhərində sürücülük hüququ olmadan motosiklet idarə edən sürücü ağır yol qəzası törədib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Atatürk Bulvarında qeydə alınıb.
Məlumata görə, 78 yaşlı İsmayıl Topçu nizamlanmayan piyada keçidindən keçən zaman 21 yaşlı Cihan A.-nın idarə etdiyi motosiklet onu vurub.
Zərbənin təsirindən asfalt zəminə çırpılan piyada bir neçə metrə sürüklənib.
Nəticədə İsmayıl Topçu ağır, motosiklet sürücüsü və sərnişini isə yüngül xəsarətlər alıb.
Ağır yaralanan İsmayıl Topçu, hadisə yerinə cəlb edilən ambulansla xəstəxanaya çatdırılıb.
Polis, Cihanın sürücülük vəsiqəsinin olmadığını müəyyən edib və ifadəsinin alınması üçün bölməyə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










