Vətəndaşın fotosundan istifadə edib dostlarından pul istəyən dələduz İFŞA EDİLDİ - VİDEO

Son günlər sosial şəbəkələrdə yeni dələduzluq halları yayılır. Belə ki, dələduzlar müxtəlif şəxslərin şəkillərini onların sosial şəbəkə hesablarından götürərək başqa nömrələrlə dostlarına yazır və pul istəyirlər.
Avtosfer.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, dələduzlar əvvəlcə həmin şəxsin dostluq dairəsinə daxil olur, sonra isə saxta profillər və ya yeni telefon nömrələri ilə tanışlarına yaxın münasibət yaratmağa çalışır. Daha sonra müxtəlif bəhanələrlə – təcili pul lazım olduğunu, qəfil problem yaşadıqlarını və ya borclarını ödəmək üçün köməyə ehtiyacları olduğunu bildirərək pul köçürülməsini tələb edirlər.
İddialara görə, zərərçəkənlərdən birinin şəklindən istifadə olunaraq dostlarına yazılıb və onlardan maddi yardım istənilib. Lakin həmin şəxsin yaxınları vəziyyətin şübhəli olduğunu anlayaraq dələduzluq cəhdini vaxtında ifşa ediblər.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə saxta profillər yaradaraq vətəndaşları aldadıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslər barəsində polisə məlumatlar daxil olur:

"Edilən müraciətlər əsasında həmin səhifələri idarə edən şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.
Saxta profilləri idarə edən dələduzlar özlərini ailə üzvünüz və ya yaxın bir adamınız kimi təqdim edib təcili pula ehtiyacı olduğunu bildirirsə, mütləq şəkildə dəqiqləşdirici suallar verilməli, əmin olmadıqda qarşı tərəfə onlayn qaydada ödəniş edilməməlidir.
Bir daha hər kəsə çağırış edərək dələduzların qurbanı olmamaq üçün belə səhifələrə qarşı diqqətli olmağı, tanımadıqları və ya şübhəli davranan şəxslərə ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".
Eltac Zülfüqaroğlu
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO
Keçiddə 84 yaşlı kişini vurub öldürən sürücü həbs edildi - ANBAAN VİDEO
Binəqədidə əks yola çıxan sürücü keçiddən keçən piyadaları vurdu - REAL VİDEO
Sərxoş sürücü maşını yol polisinə verməmək üçün yandırdı - VİDEO
Bakıda Seneqal nömrəsi ilə taksi xidməti - "Yango"dan AÇIQLAMA - FOTO
Bir dəqiqədə üç dəfə qəza təhlükəsi yaradan sürücü - 77-RN-664 - VİDEO
“Bolt”un sürücüsü müəllimlərlə bağlı layihəsi ilə qalib oldu, 10 min manat qazandı - VİDEO
Azərbaycandakı sürətli şarj məntəqələri avtomobillər üçün təhlükəlidir – Ekspertdən XƏBƏRDARLIQ - VİDEO
Piyadanı vurub meyitini 1 kilometr sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO











