Videosu yayılan bu sürücülərin diqqətinə - QANUNLA CƏZASI VAR - VİDEO

Son zamanlar kütləvi informasiya vasitələrində qayda pozan sürücülərin videoları dərc edilir. Yayılmış bütün videolar Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və xətanı törədən sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir. Bu cür ciddi nəzarətin olması qəzaların, təhlükələrin sayını azaldır. Eyni zamanda sürücülərdə məsuliyyət formalaşdırır. Sürücülər videolarının yayılmasından çəkinərək qaydalara riayət etməyə məcbur qalırlar. Əvvəllər polis olmayan yerdə qayda pozmağa cəhd edən sürücülər, indi polis olmadığı halda belə qayda pozmaqdan çəkinirlər. İctimai qınağın olması və polisin ciddi nəzarəti insanların təhlükəsizliyi üçün yönəlmiş addımdır. Bəzən sürücülər yayılmış video əsasında cərimə yazılmasını düzgün hesab etmirlər. Lakin qanunvericilikdə bu məsələ öz əksini tapıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsində qeyd olunub ki, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar əsasında inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilər. Bu o deməkdir ki, sürücünün qayda pozuntusu ilə bağlı DYP-yə şikayət olunursa və yaxud kütləvi informasiya vasitələrində sürücünün videosu yayılırsa, həmin sürücü DYP-yə dəvət oluna və videogörüntü ilə tanış edilərək məsuliyyətə cəlb edilə bilər.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir neçə sürücü bu məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, hakim cəriməni qüvvədə saxlayaraq yol polisinin xeyirinə qərar çıxarıb.
Nərmin Əkbər
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











