WUF13-ün üçüncü günü qonaqlar üçün nələrlə yadda qaldı? – AÇIQLAMA - VİDEO

Bu gün ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində bir sıra iclaslar baş tutub.
Avtosfer.az xəbər verir ki, Sessiyanın 3-cü günündə artıq paytaxtı ziyarət edən qonaqların bir çoxu panel iclaslarda iştirak edib və mühüm mövzulara toxunulub. Yerli və xarici qonaqların iştirakı ilə baş tutan iclaslarda paytaxtda son 10 ildə şəhərsalma sahəsində baş tutan yeniliklər dünyanın bir sıra ölkələri üçün vacib nümunə kimi önə sürülüb. Bakıda keçirilən beynəlxalq forum çərçivəsində qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, qlobal çağırışların müzakirəsi və yeni təşəbbüslərin formalaşdırılması əsas müzakirə mövzularından biri olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov Avtosfer.az-a müsahibəsində bildirib ki, son beş ildə azad olunmuş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın müasir şəhərsalma yanaşmasının mühüm nümunələrindən biridir.
Onun sözlərinə görə, sessiya zamanı beynəlxalq iştirakçılara Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, infrastruktur layihələri və yaşayış məntəqələrinin yenidən qurulması prosesi barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edilib ki, hazırda 8 şəhərin baş planı hazırlanıb, 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırma sənədləri təsdiqlənib. Azad olunmuş ərazilərdə artıq həyat mərhələli şəkildə bərpa olunur. Bu gün həmin ərazilərdə on minlərlə insan yaşayır, çalışır və təhsil alır.
“Haber Global”ın əməkdaşı Murat Karataş bildirib ki, BMT-nin Urbanizasiya üzrə Qlobal Forumunun (WUF13) 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi son dərəcə əhəmiyyətlidir. Onun sözlərinə görə, burada müzakirə olunan şəhərləşmə və urbanizasiya məsələləri bu gün dünyanın ən vacib mövzularından birinə çevrilib.
Jurnalist qeyd edib ki, Azərbaycan son beş ildə şəhərsalma və infrastrukturun yenidən qurulması istiqamətində mühüm təcrübə qazanıb. Xüsusilə Qarabağın yenidən qurulması prosesində böyük işlərin görüldüyünü vurğulayan Murad Karataş bildirib ki, işğaldan azad olunmuş ərazilərdə şəhərlərin yenidən salınması, infrastrukturun sıfırdan qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi diqqətçəkən addımlardır. O, əlavə edib ki, yaşıl enerji sahəsində də mühüm layihələr icra olunur.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal müsahibəsində bildirib ki, artıq bir neçə gündür Azərbaycan paytaxtı növbəti mühüm beynəlxalq tədbirə ev sahibliyi edir və bu cür platformaların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşəbbüslərdə yalnız regionların və ölkələrin tarixi ilə bağlı məsələlərdə deyil, eyni zamanda bəşəriyyəti narahat edən qlobal problemlər, gələcək çağırışlar və onların həlli istiqamətində də fəal iştirak edən dövlətlərdən biridir:
“Bu gün keçirilən sessiyanın Azərbaycanda təşkil olunması da bunun bariz nümunəsidir. Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkili və idarə olunması sahəsində ciddi təcrübə qazanıb. Aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da bu proseslərdə fəal rol oynayır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə ilk dəfə belə genişmiqyaslı qeyri-hökumət təşkilatları forumunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Türkiyənin Trabzon şəhərinin bələdiyyə başqanı Ahmet Metin Genç “World Urban Forum 13” çərçivəsində keçirilən tədbirlərlə bağlı Avtosfer.az-a fikirlərini bildirib.
O qeyd edib ki, Trabzon Böyükşəhər Bələdiyyəsi də forumda dəvətli qonaq qismində iştirak edib və müəyyən məsuliyyətlər daşıyıb:
“Burada həm mənzil təminatı, həm ətraf mühit, həm də şəhərlərin inkişafı ilə bağlı çox önəmli mövzular müzakirə olunur. Eyni zamanda enerji və insan həyatının əsas resursları ilə bağlı ayrıca proqramlar keçirilir. Üç gündür buradayıq və bütün tədbirləri yaxından izlədim. Ötən illərdə Şuşaya ilk səfər edə bilən bələddiyə başqanı olma şansı əldə etdim. Bu gün isə Şuşa və Trabzon şəhərlərinin qardaşlığını protokollaşdırdıq”.
Qonaqların müsahibələrinin videosunu sizə təqdim edirik:
Səfər Əlizadə
"İnfiniti" dayanacağa çırpıldı; 3 yaralı - VİDEO
Avtoyuma məntəqəsində işləyən xanım yolun ortasında bıçaqlandı – VİDEO (18+)
Nömrəsiz “07” ilə “şou” göstərən sürücü yenidən CƏZALANDIRILDI - VİDEO
Qadın sürücü qazla tormozu səhv saldı; piyadanı vurub öldürdü - VİDEO
Moped sürən gənc yolun ortasında rəqs edib “şou” göstərdi - VİDEO
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO
Bu küçədə aparılan xətlənmə çaşqınlıq yaratdı - AYNA izah verdi - VİDEO
“Bolt” gənclər üçün daha bir layihəyə start verib – ŞİRKƏTDƏN AÇIQLAMA - VİDEO
















