Xalasının 55 yaşlı ərini döyüb öldürdü - Hadisə kameraya düşdü - VİDEO
Əl verib salamlaşan qohumlar qəfil dava edirlər. Biri digərinə iki yumruq zərbəsi vuraraq onu yerə yıxır. Hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından rayon polis idarəsinə məlumat verilib ki, 54 yaşlı Muğan Salikov adlı şəxs ağır xəsarətlə xəstəxanaya daxil olub. Onu xəstəxanaya gətirənlər Muğan Salikovun yıxılaraq xəsarət aldığını bildiriblər. Baş nahiyyəsindən ağır xəsarət alan Muğan Salikov iki gündən sonra xəstəxanada dünyasını dəyişib. Araşdırmalara başlayan Abşeron rayon polis idarəsinin əməliyyatçıları mərhumun döyülərək xəsarət aldığını müəyyən ediblər. Polis şübhəli kimi 42 yaşlı ''Kürd Vüqar'' ləqəbi ilə tanınan Vüqar Hüseynovu saxlayıb. İlkin olaraq Vüqar xalasının həyat yoldaşının qətlə yetrilməsindən xəbərsiz olduğunu bildirib. Polis hadisə baş verən ərazidəki müşahidə kameralarına baxış keçirərkən hadisənin Vüqarın törətdiyini təsdiq edib.
Görüntüdən də aydın olur ki, qohumlar əvvəlcə salamlaşıb görüşürlər. Daha sonra Vüqar Hüseynov xalasının həyat yoldaşına iki yumruq zərbəsi vurub. İlkin dindirmə zamanı Vüqar Hüseynov hadisəni söyüş üstündə törətdiyini deyib. Faktla əlaqədar Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Onu da qeyd edək ki, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olublar. 2015-ci ildə Vüqarın qardaşı Fədail Hüseynov qəsəbənin bələdiyyə sədri Vəsilə Əbdilhəsənovanın və onun həyat yoldaşı Vəfadarın qətlində şübhəli bilinərək həbs edilib.
Xızıda isə toqquşan avtomobillərin sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib. Bu gün səhər saatlarında Xızının Giləzi qəsəbə sakinləri - 38 yaşlı Vaqif Cəfərovun idarə etdiyi avtomobil ilə 41 yaşlı Qabil Məmmədovun idarə etdiyi maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə olub. Nəticədə Qabil Məmmədov Vaqif Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra Qabil Məmmədov qaçıb.
Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














