Xanım polislərin qovduğu şübhəlini gənc belə saxladı - VİDEO

Avtosfer TV 1 Avqust 2024 19:49 Oxunub 960
Xanım polislərin qovduğu şübhəlini gənc belə saxladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin İzmir şəhərində polis əməkdaşlarının qovaladığı şübhəlini bir vətəndaş sayəsində yaxalayıblar. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Konak rayonunda baş verib.

Məlumata görə, küçələrin birində reyd keçirən yol polisinin xanım əməkdaşları şübhəli bir kişini saxlamaq istəyiblər. Lakin, həmin kişi xanım əməkdaşların əmrinə tabe olmayaraq piyada olaraq qaçmağa başlayıb. Bundan sonra xanım polislər də şübhəlini yaxalamaq üçün onu təqib ediblər.

Polislərin kişini qovaladığını görən gənc bir oğlan, qaçan kişiyə badalaq vuraraq onu qaçmasına mane olub və o, yaxalanıb.

Şübhəli şəxsi hansı səbəbdən saxlandığı barədə məlumata verilmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh