Xanım tar ifaçısı və sürücü yol hərəkəti qaydalarından danışdı – Qaydalar hamı üçündür - VİDEO

Avtosfer.az- saytı və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»-ün budəfəki qonağı tarzən Humay Qədimovadır.
Azərbaycanın milli aləti olan tarı məharətlə ifa edən Humay Qədimova yollarda həm tanınmış sənətçi, həm də xanım sürücü olaraq nümunəvi olmağa çalışır. Xanım sənətçi qaydalara dəqiqliklə riayət etməyi, yollarda düzgün şəkildə avtomobil sürməyi özünə borc bilir:
- Əlimdən gəldiyi qədər nümunəvi sürücü olmağa çalışıram, qaydalara riayət edirəm.
Bakı şəhərində edilən bir çox dəyişikliklərlə yanaşı avtobus zolaqlarının ayrılması da sürücülər tərəfindən birmənalı qarşılanmadı. Humay xanım da avtobus sürücülərindən bir xeyli narazıdır: “Harada gəldi saxlayırlar, tıxac yaradırlar”.
Ötən buraxılışımızda qonağımız olan Vasif Məhərrəmli qadın sürücülərdən şikayətlənmişdi. Maraqlısı budur ki, xanım olsa da, həmrəylik göstərmək əvəzinə Humay Qədimova da Məhərrəmli ilə eyni düşüncədədir:
- Baxırsan ki, pərakəndə sürür, sağa ya sola dönəcəyi bəlli deyil, keçib gedəndə görürsən ki, xanım sürücüdür.
Fikirlərini, “xanımlar məndən inciməsin” deyə bitirsə də, bu, xanım sürücülər tərəfindən birmənalı qarşılanmayacaq.
Humay xanım artıq 14 ildir avtomobil idarə edir. Elə ona görə də yollarda yetəri qədər təcrübəsi olduğunu düşünən sənətçi bu günümüzə nəzər salanda gördüyü müsbət hallara görə yol polislərinin ünvanına xoş sözlər söyləməyi də unutmadı:
- Mən yol polisimizdən çox razıyam. Tanınmış olsam da polis saxlayanda bundan istifadə etmirəm, cəzam nədirsə onu da yazırlar.
Humay Qədimovanı yolda elektrikli skuterlə görsəniz heç də təəccüblənməyin. Çünki o, tıxaclar zamanı çıxış yolunu belə tapır:
- Elə keçən gün salona skuterlə getdim, görənlər deyir ki, komplesin yoxdur?
Sonda dünyanın bir çox yerində ifasıyla tarımızı milyonlara sevdirən Humay Qədimova tanınmış bir sima olaraq sürücülərə tövsiyələrini də bildirməyi unutmadı.
Buyurun, izləyin.
Aysel
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO















