Xəbərdarlıq yoxdur - Aşkarlandığı andan sürücü məsuliyyətə cəlb oluna bilər - VİDEO

Avtosfer TV 18 Oktyabr 2023 17:45 Oxunub 25720
Xəbərdarlıq yoxdur  - Aşkarlandığı andan sürücü məsuliyyətə cəlb oluna bilər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər bir nəqliyyat vasitəsi üçün fərqləndirici olaraq dövlət qeydiyyat nömrə nişanı verilir. Bu nişan aydın şəkildə görülməli, xüsusi texniki vasitələr tərəfindən aşkar oluna bilməlidir. Ancaq bəzi avtomobillərin nömrələri deformasiyaya uğradığından və ya başqa səbəblərdən aydın görünmür.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, avtomobilin nömrəsini normal vəziyyətdə saxlamaq hər bir sürücünün borcudur. "Sürücü buna əməl etmirsə, məsuliyyətə cəlb oluna bilər".

Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirir ki, deformasiyaya uğramış nömrələri yeniləri ilə əvəzləmək mümkündür. Bunun üçün aidiyyəti üzrə müraciət etmək kifayətdir.

Qeyd edək ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanının istismara yararsız vəziyyətdə olmasına görə sürücünü 40 manat məbləğində, nömrənin xüsusi vasitələrlə qəsdən gizlədilməsinə görə isə 500 manatdan 800 manata qədər cərimə gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh