Xəstə ziyarətinə gedənlər ağır qəzaya düşdülər: 3 ölü, 2 yaralı - VİDEO

Avtosfer TV 25 Sentyabr 2024 19:03 Oxunub 210
Xəstə ziyarətinə gedənlər ağır qəzaya düşdülər:  3 ölü, 2 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də Konak rayonunda qeydə alınıb.

Məlumata görə, 35-CBA-796 dövlət nömrə nişanlı minik avtomobili naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq təxminə 5 metr hündürlükdən avtomobil youna düşüb. Qəza nəticəsində avtomobildə olan 5 qadından üçü ölüb, ikisi isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya aparılıblar.

Qəzaya düşən şəxslərin xəstə ziyarətinə getdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh