Xətaidə biabırçı vəziyyət: piyadaların yolunu kim satıb? - VİDEO

Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində biabırçı vəziyyət hökm sürür. Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri video çəkərək sosial şəbəkələrdə paylaşıb. Belə ki, insanların hərəkəti üçün nəzərdə tutulmuş səki yol boyu obyeklər tərəfindən zəbt olunub.
Hətta obyekt sahibləri bununla da kifayətlənməyərək yolun hərəkət hissəsinə maneələr qoyaraq avtomobillərin saxlamasına əngəl yaradıb. Nəticədə avtomobillər ikinci sırada park edir, insanlar isə məcbur olub yolun ortası ilə hərəkət edirlər.
Maraqlıdır ki, qeyd olunan ərazidə illərdir bu cür vəziyyət hökm sürür. Çünki qeyd olunan obyeklər köhnə ticarət və iaşə məkanlarıdır. Səkinin kimlər tərəfindən satıldığı və ya icarəyə verildiyi sualına cavabı isə yalnız Xətai rayon İcra Hakimiyyəti verə bilər.
Yəqin ki, müvafiq qurumlar bu obyekləri illərdir "görə" bilmir.
Fərid
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











