Xəzəri təmizləmək üçün gəmi alınmışdı, işlətmədilər, indi suda neft ləkələri var – EKSPERT - VİDEO

Xəzər dənizinin suyunun təmizlənməməsi uzun müddətdir vətəndaşların narazılığına səbəb olan əsas məsələlərdən birinə çevrilib. Bu mövzuda daha əvvəl də xəbər dərc etmişdik və aidiyyəti qurumlardan bu mövzuda açıqlama tələb etmişdik. Qurumlar isə sanki Xəzərin bizim ölkənin payına düşən hissəsi yoxmuş kimi hər biri məsuliyyəti öz üzərindən atmağa çalışmışdı. Qurumlardan biri “yalnız dənizin dərin sularının təmizliyinə nəzarət etdiyini, səthin təmizlənməsinin digər qurumda olduğunu”, digəri isə qurumun belə bir səlahiyyətinin olmadığını qeyd edib yaxasını kənara çəkməyə çalışmışdı. Belə aydın olur ki, Xəzər dənizinin Azərbaycanın payına düşən hissəsinin təmizlənməsinə ölkədə hansısa qurum məsuliyyət daşımır və dəniz özü-özünü təmizləməyə məhkumdur.
Avtosfer.az xəbər verir ki, qeyd edilən məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı da Bulvar ərazisindən çəkiliş edib. Ekspert qeyd edib ki, Xəzər dənizi son illərdə xeyli geri çəkilib. Azı metr-yarım səviyyəsinin düşdüyü gözlə görülür.
“Bu çəkilmə dənizdəki bir sıra nöqsanları üzə çıxarıb. Sahillərə tökülən daşların çəkilmə nəticəsində bir hissəsi üzə çıxıb və həmin daşların üzərindəki Xəzərdəki neft örtüyünün izləri gözlə görünür. Suyun üzündə qara ləkələr də görünür. Buxtanın ərazisi ümumiyyətlə təmizlənmir. Bu da Bulvardan açılan mənzərəni korlayır”.

Ekspert onu da vurğulayıb ki, illər əvvəl Xəzər dənizini, xüsusən də buxta ərazisini təmizləmək üçün gəmi alındığını açıqlamışdılar. İndi nə o gəmi görünür, nə də dəniz başqa vasitələrlə təmizlənir.
Elməddin Muradlının Bulvar ərazisindən çəkdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











