Xırdalan sakinləri yenidən şikayət etdilər - Aidiyyəti qurumlar hələ də susur - VİDEO

Avtosfer TV 8 Avqust 2023 13:29 Oxunub 1122
Xırdalan sakinləri yenidən şikayət etdilər - Aidiyyəti qurumlar hələ də susur  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhər sakinləri redaksiyamızın qaynar xəttinə yenidən şikayət ünvanlayıblar. Onlar bildirirlər ki,  Mehdi Hüseynzadə küçəsindəki zibillər artıq avtomobil yolunu zəbt edir. Ərazidən qeydə alınmış videodan da aydın şəkildə görünür ki, dünənə nisbətdə bu gün zibilliyin əhatəsi daha da genişlənib.

Ötən gün məsələ ilə bağlı Abşeron rayon Xırdalan şəhər Abadlıq və Kommunal Xidmətlər İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda məişət tullantılarının təmizlənməsi istiqamətində texnikalar işləyir: “Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində məişət tullantılarının yığılması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərdən xəbərdarıq. Yaranmış texniki problem səbəbindən tullantıların toplanması bir qədər yubadılıb. Lakin hazırda sözügedən küçədə idarəyə məxsus texnika çalışır. Qısa zamanda ərazi tullantılardan təmizlənəcək”.

Belə bir açıqlama verilməsinə baxmayaraq, çox təəssüf ki, aşıb-daşan zibillər nəinki yığışdırılıb, əksində daha da çoxalıb. Yaxınlıqda yaşayan insanlar üfunətdən bayıra çıxa bilmirlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh