Xırdalanda "protiv" gedən sürücü ağaca çırpıldı - FOTO - VİDEO
Avtosfer TV
31 Oktyabr 2022 10:29
Oxunub 1150

Xırdalan şəhərində yüksək sürət qəzaya səbəb olub.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Heydər Əliyev prospektində “Toyota” markalı avtomobilinin sürücüsü paytaxt istiqamətində əks istiqamətli yola çıxıb.
Sürücü qarşıdan gələn nəqliyyat vasitəsini gördüyündən sükana nəzarəti itirərək avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra piyada səkisinə çırpıb. İdaretmədən çıxan avtomobil yol kənarındakı ağaclara dəyərək dayanıb. Sürücü yaralı halda hadisə yerini tərk edib. Əraziyə Abşeron Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Yol təsərrüfatına dəyən zərər hesablanıb. Sürücünün axtarışı davam edir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














